Saytımızı qiymətləndirin


 
 

İran Türkiyənin azərbaycanlılara yardım etməsinə imkan vermədi
Tarix: 31-01-2023 | Saat: 14:27
Bölmə:Karusel | çapa göndər

 

İran Türkiyənin azərbaycanlılara yardım etməsinə imkan vermədi

 

İran Türkiyə "Kızılay" təşkilatının Xoyda baş vermiş zəlzələ ilə bağlı yardım təklifindən imtina edib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Amerikanın Səsi" radiosunun jurnalisti Ali Rza Kuluncu tviter səhifəsində yazıb.

 

"İran rəsmiləri Xoy zəlzələsindən sonra Türkiyə "Kızılay"ının yardım təklifindən imtina edib. Keçmişdə, xüsusən türklərin yaşadığı bölgələrdəki zəlzələlər mövzusunda İran dövlətinin həm bacarıqsızlığına, həm də diskriminativ siyasət yürütdüyünə çox şahid olmuşuq", - deyə jurnalist bildirib.

 

Qeyd edək ki, bu yaxınlarda Qərbi Azərbaycan ostanının Xoy şəhərində baş vermiş zəlzələ nəticəsində böyük dağıntılar olub, 3 nəfər həyatını itirib, 1200-dan çox sakin isə yaralanıb. Dağıdıcı zəlzələ səbəbindən minlərlə azərbaycanlı evsiz qalıb.

 

Məlumata görə, evləri dağılan güneylilər günlərdir küçələrdə qaldıqlarını, gecələməyə yerlərinin olmadıqlarını bildirərək İran rejiminə etiraz ediblər. Lakin İran hakimiyyəti azərbaycanlılara kömək etməyib.

 

 



Xəbəri paylaş

123 dəfə oxunub.

Digər xəbərlər