Saytımızı qiymətləndirin


 
 

ABŞ və Avropanın Ermənistana yatırımları Rusiyaya zərər vermir - Səfir
Tarix: 29-04-2024 | Saat: 11:22
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ və Avropanın Ermənistana yatırımları Rusiyaya zərər vermir - Səfir

"Ermənistanın coğrafiyası o deməkdir ki, onun Rusiya ilə o qədər tarixi və praktiki əlaqələri var ki, yalnız xəyalpərəstlər Ermənistanın regionda Rusiyanın maraqlarını alt-üst etməyə çalışdığını düşünər".

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Ermənistanın Aİ-dəki səfiri Tiqran Balayan "Politico"ya müsahibəsində deyib.

 

"Ermənistan-Aİ münasibətləri Ermənistanın milli maraqlarına əsaslanır. Milli maraqlarımız indi Aİ və onun bütün üzv dövlətləri ilə nümunəvi münasibət qurmağımızı tələb edir. Bu, Rusiya ilə yaxşı ikitərəfli münasibətləri istisna etmir və rusiyalı həmkarlarımıza izah etmək istədiyimiz budur", - o qeyd edib.

 

"Biz Rusiya diplomatları ilə bu məsələləri müzakirə edəndə və mən onlara nə etdiyimizi deyəndə, mən heç vaxt əks arqument almamışam ki, biz bunu niyə etməməliyik - Avropa və Amerikanın Ermənistan iqtisadiyyatına investisiyaları Rusiyanın maraqlarına necə zərər verə bilər?", - deyə erməni diplomat sual edib.



Xəbəri paylaş

179 dəfə oxunub.

Digər xəbərlər