Saytımızı qiymətləndirin


 
 

SEPAH: İki neft tankerinin Hörmüz boğazından qanunsuz keçməsinin qarşısı alınıb
Tarix: 11-11-2026 | Saat: 07:33
Bölmə:Karusel / Dünya | çapa göndər

SEPAH: İki neft tankerinin Hörmüz boğazından qanunsuz keçməsinin qarşısı alınıb

“Hörmüz boğazından qanunsuz yolla keçməyə cəhd edən iki neft tankerinin partlayış nəticəsində hərəkətsiz qalıb və tankerlərdə yanğın olub”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

SEPAH-ın yaydığı məlumata görə, tankerlərdən biri dəniz minasına düşərək partlayıb. ABŞ qırıcılarının müşayiəti ilə qanunsuz marşrutdan gizli keçməyə çalışan digər tanker isə qəza nəticəsində güclü yanğına məruz qalıb.

Açıqlamada bildirilir ki, hər iki gəmi naviqasiya və tanınma sistemlərini söndürüb. Məlumatda tankerlərin Hörmüz boğazının cənub sahillərində hərəkətsiz vəziyyətdə qaldığı və yanmaqda davam etdiyi bildirilir.

 



Xəbəri paylaş

35 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 21:36Günün fotoları...