Zelenski: Rusiya ilə 1000-ə 1000 və ya 1500-ə 1500 formatında əsir mübadiləsi müzakirə olunur
Tarix: 11-11-2026 | Saat: 07:46
Bölmə:Karusel / Dünya | çapa göndər
49 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-11-2026 | Saat: 07:46
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda genişmiqyaslı hərbi əsir mübadiləsi məsələsinin müzakirə edildiyini bildirib.
Qarabaginfo.az xəbər verir ki, Zelenski Danimarkada jurnalistlərlə söhbəti zamanı tərəflərin 1000-ə 1000, hətta 1500-ə 1500 formatında mübadilə imkanını müzakirə etdiyini deyib.
Onun sözlərinə görə, ABŞ nümayəndələri bu təkliflə Rusiyaya gedəcəklər. Zelenski həmçinin bildirib ki, danışıqlar zamanı Rusiya nümayəndə heyəti ərazi məsələsini də gündəmə gətirib. Lakin bu məsələnin dövlət başçıları səviyyəsində müzakirə olunmalı olduğunu vurğulayıb.
Danışıqların növbəti mərhələsində gərginliyin azaldılması, enerji məsələləri və Qara dənizdəki vəziyyətin müzakirəsi nəzərdə tutulur.
Xəbəri paylaş
Digər xəbərlər
21-11-2020, 13:45
28 illik işğaldan azad olan Ağdamın görüntüləri - FOTO
26-04-2021, 17:34
Ermənistanın mina xəritələrini verməkdən imtina etməsi ilə bağlı ABŞ-da aksiyalar keçirilib
24-10-2026, 11:35
Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
26-09-2024, 13:25
Türkiyənin HERİKKS HHM sistemlərinin Azərbaycana verilməsi üçün danışıqlar aparılır
26-11-2017, 09:52
Bakıda işıq dirəyi aşdı - Maşınlar əzildi + Fotolar
12-09-2022, 12:50
“Türkiyənin dostluğu möhkəm, qəzəbi vahiməlidir” - Çavuşoğlu
11-11-2020, 15:24
Qarabağda sülhməramlılara Muradov başçılıq edəcək
27-08-2026, 09:29
Avropa birinciliyində 15 medal qazanmış atletlərimiz Vətəndə - Fotolar
22-12-2022, 15:42
Lavrov Ceyhun Bayramovla Laçın dəhlizindən DANIŞDI
















