Saytımızı qiymətləndirin


 
 

Qara qızıl" 1%-dən çox ucuzlaşıb
Tarix: 29-09-2021 | Saat: 11:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qara qızıl 1%-dən çox ucuzlaşıb

Amerika Neft İnstitutu (API) ABŞ-da ehtiyatların artması haqqında məlumat dərc etdikdən sonra dünya bazarlarında “qara qızıl”ın qiyməti ucuzlaşıb.

Qarabaqinfo.az “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:46-ya olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 1,33% ucuzlaşaraq, 1 bareli 77,31 ABŞ dollarına, noyabr fyuçersləri isə 1,38% ucuzlaşaraq, 1 bareli 78 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti 1,34% düşərək, 1 bareli 74,28 ABŞ dolları təşkil edib.

API-nin məlumatına ötən həftə ərzində ABŞ-da neft ehtiyatları 4,2 milyon barel artıb. Analitiklər isə ehtiyatların artacağını güman edirdilər.

ABŞ-ın Energetika Nazirliyi ölkənin neft ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq. Ekspertlər 1,652 milyon barel azalmanın elan olunacağını gözləyirlər.



Xəbəri paylaş

2252 dəfə oxunub.

Digər xəbərlər