Saytımızı qiymətləndirin


 
 

Hacı Məmmədovun intiharı ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb
Tarix: 04-12-2017 | Saat: 10:23
Bölmə:Manşet / Karusel / Kriminal | çapa göndər

 

 

Bakı Şəhər Prokurorluğunda DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun intihar etməsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

“Hazırda iş üzrə istintaq aparılır” - deyə, əlavə olunub.

Qeyd edək ki, həbsdə olan H.Məmmədov özünü asaraq intihar edib.

Xatırladaq ki, H.Məmmədov keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi “Qara kəmər” əməliyyatı ilə həbs edilib. 19 yanvar 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən ömürlük həbs cəzası alıb.



Xəbəri paylaş

647 dəfə oxunub.

Digər xəbərlər