Tarix: 14-07-2023 | Saat: 15:26
Bölmə:Karusel / Region | çapa göndər
Hazırda Ukraynadakı vəziyyət, tammiqyaslı müharibənin getməsi bu ölkənin NATO-ya üzv olmasını mümkünsüz edir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq NPR-a müsahibəsində deyib.
"NATO Ukraynanı dəstəklədiyi üçün biz onlara özünü müdafiə etməyə kömək edirik, lakin NATO münaqişədə birbaşa iştirak etmir. NATO "biri hamı üçün, hamı bir üçün" ideyasına əsaslandığı üçün... Biz Ukraynanı üzv etmək üçün elə bir yol tapmalıyıq ki, bu da Rusiya ilə NATO arasında genişmiqyaslı münaqişəyə səbəb olmasın”, - Stoltenberq qeyd edib.
Alyansın Baş katibi Avro-Atlantika ailəsinin Ukraynaya verdiyi dəstəyi də vurğulayıb: "ABŞ liderlik nümayiş etdirdi, döyüş sursatları və qabaqcıl silah sistemləri ilə misilsiz səviyyədə dəstək göstərdi. Avropalı müttəfiqlər də müdafiə xərclərini artırıblar - bu il rekord sayda və Ukraynaya daha çox dəstək ayırırlar. Beləliklə, bütün dollarlarımız Ukraynanı dəstəkləyir".
Digər xəbərlər