Saytımızı qiymətləndirin


 
 

Paşinyan kəndlərimizin əsl adlarını söylədi - Ermənistan şokda
Tarix: 27-08-2021 | Saat: 16:42
Bölmə:Karusel / Region | çapa göndər

 

Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün hökumətin iclasındakı çıxışı erməniləri sözün əsl mənasında şoka salıb.

Qarabaginfo.az milli.az-a istinadən xəbər verir ki,  o, Zəngəzurdakı əzəli Azərbaycan kəndləri olan Eyvazlı və Çayzəminin adlarını ermənilərin indiyədək söylədikləri, yazdıqları təki "Karmrakar" və "Şurnux" kimi deməyib.

"Əminəm ki, Gorus-Qafan yolunun Eyvazlı və Çayzəmi kəndlərinin arasındakı hissəsinin açılması regional stabilliyə doğru addımların əla simvolu olardı", - N.Paşinyan deyib.

O, daha sonra söyləyib ki, bölgədə dayanıqlı sülhün, əmin-amanlığın və stabiliyin bərpası ilə bağlı Türkiyədən müsbət siqnallar alıb: "Deməliyəm ki, Türkiyədən bəzi publik müsbət, nikbin siqnallar almışıq. Bu siqnalları dəyərləndiririk. Pozitiv siqnallara pozitiv siqnallarla cavab verəcəyik".

 



Xəbəri paylaş

1286 dəfə oxunub.

Digər xəbərlər