Saytımızı qiymətləndirin


 
 

Tramp: HƏMAS Qəzzada tam tərksilah olunmasına razılıq verib
Tarix: 31-07-2026 | Saat: 07:55
Bölmə:Karusel / Dünya | çapa göndər

Tramp: HƏMAS Qəzzada tam tərksilah olunmasına razılıq verib

ABŞ prezidenti Donald Tramp Qəzzada HAMAS və digər silahlı qrupların tam tərksilahını nəzərdə tutan tarixi razılaşmanın əldə olunduğunu açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.

ABŞ Prezidenti bildirib ki, razılaşma Qəzzanın yeni Fələstin hökuməti tərəfindən idarə olunmasına və bölgədə uzunmüddətli sülh və təhlükəsizliyin təmin edilməsinə yönəlib.

Onun sözlərinə görə, razılaşma Trampın 20 maddəlik planının icrası çərçivəsində mərhələli şəkildə həyata keçiriləcək. Tərksilah prosesi başa çatdıqdan sonra İsrail qoşunları Qəzzadan çıxarılacaq, Beynəlxalq Sabitləşdirmə Qüvvələri isə yeni Fələstin polis qüvvələri ilə birlikdə bölgədə təhlükəsizliyin təmin edilməsinə cavabdeh olacaq.

Tramp qeyd edib ki, bir il əvvəl Qəzzada müharibə, humanitar böhran və girovların əsirlikdə saxlanılması hökm sürürdü, lakin hazırda əhəmiyyətli irəliləyiş əldə olunub.

ABŞ Prezidenti vasitəçilik səylərinə görə Misir, Qətər və Türkiyəyə təşəkkür edib, həmçinin administrasiyasının bu razılaşmanın əldə olunmasındakı rolunu xüsusi vurğulayıb.

"Oktyabrın 7-də Qəzzada yaranan təhlükənin yenidən formalaşmasına imkan verilməyəcək. Bu razılaşma ilə Qəzza nəhayət öz xalqına xidmət edən yeni Fələstin hökumətinin idarəsinə veriləcək", - Tramp bildirib.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər