Saytımızı qiymətləndirin


 
 

Türyançay qoruğunda 100-ə yaxın ağac kəsilib
Tarix: 07-02-2022 | Saat: 13:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Türyançay qoruğunda 100-ə yaxın ağac kəsilib

Oğuz rayonunun Çaldaş kəndi ərazisində yerləşən meşəlik massivində qiymətli ağaclar kəsilib. Hazırda ərazidə saqqız ağacları, nadir şam nümunələri də daxil olmaqla 100-ə qədər ağac kəsilib.

"Report"un Şimal-qərb bürosuna bu barədə Çaldaş kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, örüş sahəsi yaxınlığında Türyançay Dövlət qoruğu ərazisində qiymətli ağaclar da daxil olmaqla 100-ə qədər ağacların kəsildiyinin şahidi olublar. Sakinlər təbiətə vurulan bu ziyanın qarşısının alınmasını istəyirlər.

Çaldaş kəndinin daxil olduğu Böyük Söyüdlü bələdiyyəsindən bildirilib ki, sözü gedən ağacların kəsildiyi ərazi kənd ərazisi deyil: "Bura Türyançay Dövlət Qoruğunun meşə ərazisidir. Ağacların kəsildiyi meşə ərazisinin bizim kəndimizə heç bir adiyyəti yoxdur".

Türyançay Dövlət Təbiət Qoruğundan isə bildirilib ki, ağacların kəsildiyi əraziyə baxış keçirilib: "Biz ağacların kəsildiyi meşə ərazisinə baxış keçirdik və müəyyən etdik ki, həmin ərazi Türyançay qoruğuna daxil olmayan meşə ərazisidir".

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a bildirilib ki, artıq araşdırmalara başlanılıb: "Faktla əlaqədar komissiya təşkil olunaraq ərazidə araşdırılmalar aparılır. Araşdırmaların nəticəsindən sonra ağacların hansı əraziyə aid olduğu müəyyənləşdirildikdən sonra müvafiq tədbirlər görüləcək".



Xəbəri paylaş

263 dəfə oxunub.

Digər xəbərlər