Saytımızı qiymətləndirin


 
 

Sahibə Qafarova Əminə Ərdoğanla görüşdü
Tarix: 30-03-2023 | Saat: 10:30
Bölmə:Karusel / Siyasət | çapa göndər

Sahibə Qafarova Əminə Ərdoğanla görüşdü

ABŞ-nin Nyu-York şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanla görüşüb. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin birinci xanımı tviter hesabında paylaşım edib. 

“Sıfır tullantı ilə bağlı təcrübələrimizi bölüşdük. Ətraf mühit problemlərinin bütün dünya ölkələrinin məsuliyyəti olduğu mövzusunda və iqlim böhranı ilə birgə mübarizədə həmfikirik”, - o qeyd edib. 

Əminə Ərdoğan BMT-də göstərdiyi dəstəyə görə S. Qafarova və Azərbaycan xalqına təşəkkürünü bildirib. 



Xəbəri paylaş

193 dəfə oxunub.

Digər xəbərlər