Ana Sayfa > Karusel / Gündəm > Türyançay qoruğunda 100-ə yaxın ağac kəsilib
Türyançay qoruğunda 100-ə yaxın ağac kəsilib7-02-2022, 13:21. Yazar: Admin |
Oğuz rayonunun Çaldaş kəndi ərazisində yerləşən meşəlik massivində qiymətli ağaclar kəsilib. Hazırda ərazidə saqqız ağacları, nadir şam nümunələri də daxil olmaqla 100-ə qədər ağac kəsilib. "Report"un Şimal-qərb bürosuna bu barədə Çaldaş kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə, örüş sahəsi yaxınlığında Türyançay Dövlət qoruğu ərazisində qiymətli ağaclar da daxil olmaqla 100-ə qədər ağacların kəsildiyinin şahidi olublar. Sakinlər təbiətə vurulan bu ziyanın qarşısının alınmasını istəyirlər. Çaldaş kəndinin daxil olduğu Böyük Söyüdlü bələdiyyəsindən bildirilib ki, sözü gedən ağacların kəsildiyi ərazi kənd ərazisi deyil: "Bura Türyançay Dövlət Qoruğunun meşə ərazisidir. Ağacların kəsildiyi meşə ərazisinin bizim kəndimizə heç bir adiyyəti yoxdur". Türyançay Dövlət Təbiət Qoruğundan isə bildirilib ki, ağacların kəsildiyi əraziyə baxış keçirilib: "Biz ağacların kəsildiyi meşə ərazisinə baxış keçirdik və müəyyən etdik ki, həmin ərazi Türyançay qoruğuna daxil olmayan meşə ərazisidir". Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a bildirilib ki, artıq araşdırmalara başlanılıb: "Faktla əlaqədar komissiya təşkil olunaraq ərazidə araşdırılmalar aparılır. Araşdırmaların nəticəsindən sonra ağacların hansı əraziyə aid olduğu müəyyənləşdirildikdən sonra müvafiq tədbirlər görüləcək". Geri dön |