Saytımızı qiymətləndirin


 
 

Türkiyə parlamenti Şuşa Bəyannaməsini təsdiqləyəcək
Tarix: 01-02-2022 | Saat: 19:27
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyə parlamenti Şuşa Bəyannaməsini təsdiqləyəcək

Türkiyə Böyük Millət Məclisi Şuşa Bəyannaməsini təsdiq edəcək.

Qarabaginfo.az-ın xəbərinə görə, “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib. Beləliklə, Milli Məclis “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsini təsdiqləyib.



Xəbəri paylaş

1233 dəfə oxunub.

Digər xəbərlər