Saytımızı qiymətləndirin


 
 

Şahramanyanın separatçı tərəfdarları Milli Təhlükəsizlik Xidmətinə ÇAĞIRILDI
Tarix: 27-12-2023 | Saat: 17:01
Bölmə:Karusel / Region | çapa göndər

Şahramanyanın separatçı tərəfdarları Milli Təhlükəsizlik Xidmətinə ÇAĞIRILDI

 

Qarabağdan qovulmuş qondarma “Artsax”ın İrəvana qaçmış nümayəndələri Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıblar.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Hraparak”ın xəbərində bildirilib.

Qeyd edilib ki, İrəvana sığınmış separatçıların Milli Təhlükəsizlik Xidmətinə çağırılmasına səbəb son günlər onların qondarma “Artsax”ın ləğvinin mümkünsüzlüyü və ya separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyanın məlum qərarının qeyri-qanuni olması barədə səsləndirdikləri bəyanatlarla bağlıdır.

Məlumata görə, Milli Təhlükəsizlik Xidmətinə dəvət olunan separatçılara mövzu ilə bağlı suallar verilir.

Bildirilir ki, sorğuya çağırılanlar arasında qondarma “Artsax”ın “keçmiş dövlət naziri” Artak Beqlaryan, Şahramanyanın “keçmiş müşaviri” Vladimir Qriqoryan, saxta “parlament”də “sədr müavini” olmuş Qaqik Baqunts və başqaları var.

A.Beqlaryan “Hraparak”ın məsələ ilə əlaqədar sualına heç bir şərhinin olmadığını deyərək, xəbəri təkzib etməyib.
 

Qeyd edək ki, Samvel Şahramanyan ötən həftə özünün imzaladığı və geniş müzakirəyə səbəb olan 28 sentyabr sərəncamına istinad edərək vurğulayıb ki, qondarma “Artsax”ın hüquqi sahəsində “dövlət institutlarının” ləğvini nəzərdə tutan heç bir sənəd yoxdur.

Xatırladaq ki, bu il sentyabrın 19-20-də Azərbaycan Ordusu Qarabağda antiterror tədbirləri keçirib. Nəticədə Qarabağdakı separatçıların yaratdıqları qondarma “Artsax” rejimi təslim olaraq üzünü buraxdığını elan edib. “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan sentyabrın 28-də sərəncam imzalayıb. Orada deyilir:
“2024-cü il yanvarın 1-dək “Artsax respublikası”nın tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “Artsax respublikası”nın mövcudluğu dayandırılsın".



Xəbəri paylaş

1154 dəfə oxunub.

Digər xəbərlər