Saytımızı qiymətləndirin


 
 

Azad edilən ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlanıb
Tarix: 01-02-2022 | Saat: 15:13
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Ermənistan minalanmış ərazilərin xəritəsini niyə vermir? -

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Qarabaginfo.az-a verilən məlumata görə, yanvarın 5-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 32, tank əleyhinə 27 mina və 230 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 402,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

2020-ci ilin noyabr ayının 10-dan bu ilin yanvarın 31-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 10 540, tank əleyhinə 4 802 mina və 13 444 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Eyni zamanda 7 180 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.



Xəbəri paylaş

1303 dəfə oxunub.

Digər xəbərlər
6-04-2022, 14:25 Vladimir Jirinovski ölüb