Tovuzda oğul valideynlərinin evindən oğurluq edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, dekabrın 16-da Tovuz şəhərindəki evlərin birindən 13.500 manat pul və 400 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Araşdırma aparılır.

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən ev sahibinin oğlu müəyyən olunaraq saxlanılıb.