Saytımızı qiymətləndirin


 
 

Putinin sözçüsü Rusiyada avtoritar rejimin olması ilə bağlı iddiaya cavab verib
Tarix: 09-02-2022 | Saat: 15:57
Bölmə:Karusel / Region | çapa göndər

 

Putinin sözçüsü Rusiyada avtoritar rejimin olması ilə bağlı iddiaya cavab verib
Dmitri Peskov

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrellin Rusiyada avtoritar rejimin olması ilə bağlı açıqlamasını təkzib edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Vladimir Putinin sözçüsü Dmitri Peskov “Interfaks”a danışıb.

“Biz, ilk növbədə, avtoritar rejimlər barədə bəhs edilən qiymətləndirmə ilə tamamilə razı deyilik”, - o söyləyib.

Sözçü deyib ki, Rusiyada özünəməxsus siyasi sistem və özünəməxsus dövlət quruluşu sistemi formalaşıb. Kremlin nümayəndəsi əmindir ki, Avropa İttifaqının Rusiya ilə bağlı bu cür qiymətləndirmə verməyə haqqı yoxdur.

D.Peskov bildirib ki, Rusiya başqa ölkələrin daxili işlərinə qarışmır və eyni rəftarı digərlərindən tələb edir.

Qeyd edək ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrell Rusiya və Çinin demokratiyaya müqavimət göstərə biləcək avtoritar dövlətlər ittifaqı yarada biləcəyini vurğulayıb.



Xəbəri paylaş

1298 dəfə oxunub.

Digər xəbərlər