Saytımızı qiymətləndirin


 
 

Ermənistan itkilərinin sayını açıqlayır
Tarix: 12-01-2022 | Saat: 09:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistan itkilərinin sayını açıqlayır

 

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri yanvarın 11-i günorta saatlarında heç bir səbəb olmadan Kəlbəcər istiqamətində təxribat törədib. Düşmənin Azərbaycan ordusunun postuna hücumu nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.  Amma ordumuzun qətiyyətli tədbirləri nəticəsində erməni tərəfinin bu hərbi avantürası tam iflasa uğrayıb və şəhidimizin qanı yerdə qalmayıb.

Hərbi mənbələrdən Qarabaginfo.az-a daxil olan məlumatda bildirilirdi ki, ordumuz cavab tədbirləri ilə düşmənin iki postunu darmadağın edib, oradakı silah-sursatları, bir neçə hərbi texnika və hərbi avtomobil məhv edilib. İlkin məlumatlara görə, 5-8 arası erməni hərbçilər məhv edilib, çoxlu sayda yaralı var. 

Artıq Ermənistan Müdafiə Nazirliyi də dünən törətdikləri təxribat nəticəsində ölən hərbçilərinin sayını açıqlayıb.

Məlumata görə, erməni tərəfi 3 itki verib, daha 5 əsgər isə yaralanıb.


Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər