Saytımızı qiymətləndirin


 
 

160 min əcnəbiyə qadağa - Rusiya sərhədini qapatdı
Tarix: 26-12-2021 | Saat: 14:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

160 min əcnəbiyə qadağa - Rusiya sərhədini qapatdı

Bu ilin 11 ayı ərzində 160 mindən çox xarici vətəndaşın ölkəyə girişinə qadağa qoyulub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya vəziyyəti ilə bağlı xülasəsində məlumat var.

“2021-ci ilin yanvar-noyabr ayları ərzində əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasına girişinin qarşısını almaq üçün 161 min 756 müraciət göndərilib”, - deyə materiallarda qeyd edilir.

Eyni zamanda, ötən ilin eyni dövründə bu rəqəm 170 min 383 olub.

Əcnəbilərin Rusiya ərazisinə girişinə qadağa qoyulmasının əsas səbəbləri müvəqqəti olma müddətlərinin pozulması və qeyri-qanuni əmək fəaliyyətidir.

Əksər hallarda söhbət qonşu ölkələrdən Rusiya Federasiyasına vizasız qaydada gələn qonaqlardan gedir.



Xəbəri paylaş

1268 dəfə oxunub.

Digər xəbərlər