Saytımızı qiymətləndirin


 
 

Hər 4 dəqiqədə 1 nəfəri öldürən xəstəlik: Azərbaycanda vəziyyət necədir?
Tarix: 01-12-2023 | Saat: 17:37
Bölmə:Karusel / Sosial | çapa göndər

Hər 4 dəqiqədə 1 nəfəri öldürən xəstəlik: Azərbaycanda vəziyyət necədir?

 

Hər il dekabrın 1-i Ümumdünya Qazanılmış İmmun Çatışmazlığı Sindromu(QİÇS) ilə Mübarizə Günü qeyd edilir. “İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Həmin xəstəliklə əlaqədar tez-tez beynəlxalq səviyyədə genişmiqyaslı tədbirlər təşkil olunur.

 

BMT-nin məlumatına görə, dünyada hər dəqiqə QİÇS-dən bir nəfər ölür. Hər həftə 4000 nəfər İİV-ə yoluxur və İİV-lə yaşayan 39 milyon insandan 9,2 milyonu müalicə ala bilmir.

 

Məlumata görə, region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi olduqca aşağıdır. Ümumilikdə ölkəmizdə ilk dəfə sözügedən infeksiyaya yoluxma halı 1987-ci ildə aşkar edilib. Ötən 36 il ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9167 nəfər Azərbaycan vətəndaşı rəsmi qeydiyyata alınıb. Onlardan 6357-si (69,3%) kişi, 2810-u (30,7%) qadınlardır. Bu ilin 11 ayı ərzində 792 nəfərdə İİV infeksiyası aşkarlanıb. Onların 761 nəfəri Azərbaycan vətəndaşıdır.

 

Bu günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan İİV infeksiyasının və QİÇS-in pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir. QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. 

QİÇŞ-lə bağlı ən böyük problemlərdən biri bu xəstəliyə yoluxan insanlar cəmiyyətdən təcrid edilməsidir.

 

Səhiyyə Nazirliyinin həkim-ekspert Zakir Quliyev Modern.az-a açıqlamasında deyib ki, hazırkı dövrdə QİÇS o qədər də qorxulu bir xəstəlik deyil. 

"Bunun müalicə yolları var, sözügedən xəstəlikdən əziyyət çəkənləri digər insanlardan kənar tutmaq düzgün deyil. Günümüzdə bir çox dərman preparatları var ki, rahat şəkildə QİÇS-in müalicə edilməsində yardımçı olur. Bu infeksiyaya yoluxan insanları cəmiyyətdən xaric etmək doğru deyil. QİÇS qucaqlaşmaq, toxunmaq  və s. yollarla yox, birbaşa qan vastiəsilə keçir", - o qeyd edib. 

Ekspert deyir ki, uşaq yaşlarından maarifləndirmə doğru qaydada aparılarsa, qorunmağın nə qədər önəmli olduğu deyilərsə, xəstəliyin qarşısını almaq bir o qədər mümkün olar. 

"Həmin infeksiyadan uzaq durmaq üçün narkotik vasitələrdən də qaçmaq mühümdür. Onu da qeyd edim ki, Azərbaycanda da sözügedən xəstəliyə qarşı ciddi mübarizə tədbirləri mütəmadi şəkildə görülür”.



Xəbəri paylaş

1105 dəfə oxunub.

Digər xəbərlər