Saytımızı qiymətləndirin


 
 

Mediasiya Şurasına daxil olan müraciətlərin sayı açıqlanıb
Tarix: 20-12-2021 | Saat: 11:16
Bölmə:Karusel / Region | çapa göndər

 

Mediasiya Şurasına daxil olan müraciətlərin sayı açıqlanıb
Nadir Adilov

"Bu günə qədər Mediasiya Şurasına 12 585 müraciət daxil olub".

Qarabaginfo.az xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov deyib.

O qeyd edib ki, müraciətlərin 9 550-si Şura tərəfindən mediatorlara bölünüb və mediatorlar tərəfindən bu işlərə baxılıb: "Müraciətlərdən 3 033-ü sənədlərin düzgün tərtib edilmədiyi üçün geri qaytarılıb və yenidən həmin sənədlərin işlənməsi istiqamətində iş gedir. 1 200-dən çox müraciət isə könüllü mediasiya üzərindən həyata keçirilib. Daxil olan müraciətlərin 8 515-i ailə mübahisələrinə aid məsələlərdir. 740-ı kommersiya məsələləridir. Əmək mübahisəsi məsələləri üzrə 297-ə müraciətə baxılıb".

"Mediasiya Şurası yeni yarandığı üçün fəaliyyətimiz, uğurlarımızın danışa bilmirik. Lakin baza olaraq növbəti il üçün kifayət qədər işlər görüldüyünü düşünürük. Mediatorlar üçün mütəmadi təlimlər keçirilir ki, bu da öz növbəsində məhkəmələrin yükünün azalmasına səbəb olur", - o vurğulayıb.



Xəbəri paylaş

1216 dəfə oxunub.

Digər xəbərlər