Saytımızı qiymətləndirin


 
 

Putin-Bayden görüşündə müzakirə olunacaq məsələlər açıqlandı
Tarix: 03-12-2021 | Saat: 17:30
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında danışıqlar Rusiya liderinin Hindistana səfərindən sonra keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Rusiya dövlət başçısının dekabrın 6-da Hindistana səfərindən sonra Putin və Bayden arasında videokonfransın baş tutub-tutmayacağı ilə bağlı sualı cavablandıran Uşakov jurnalistlərə: "Bəli, sonra. Hindistandan sonra... Belə bir imkan üzərində iş gedir", - deyə cavab verib.

Uşakov Putin-Bayden görüşündə NATO-nun şərqə doğru daha da irəliləməsi, habelə Rusiya ilə sərhəd olan ölkələrdə raket sistemlərinin yerləşdirilməsini istisna edən hüquqi razılaşmaların əldə edilməsi məsələlərinə toxunula bilər.(Pravda.az)

 



Xəbəri paylaş

1277 dəfə oxunub.

Digər xəbərlər