Saytımızı qiymətləndirin


 
 

Türkiyə yeni yayılan ştammla bağlı Afrikanın 5 ölkəsindən gələnlərə girişi qadağan edib
Tarix: 27-11-2021 | Saat: 08:31
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyə Haqqında ən Maraqlı Faktlar

Afrikanın 5 ölkəsindən Türkiyəyə gələnlər üçün giriş qadağan edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, yeni növ koranavirusun mutasiyaya uğramış yeni variantının aşkar olunması səbəbilə bu gecədən etibarən Botsvana, Cənubi Afrika Respublikası, Mozambik, Namibiya və Zimbabvedən Türkiyəyə gələnlər üçün giriş qadağan edilir.

Qeyd edək ki, yeni ştammın yayılma təhlükəsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı da xəbərdarlıq edib və İspaniya, Avstriya, İtaliya, Almaniya, İsrail, İngiltərə Cənubi Afrika və qonşu ölkələrdən olan uçuşları dayandırıb.



Xəbəri paylaş

1247 dəfə oxunub.

Digər xəbərlər