Saytımızı qiymətləndirin


 
 

“Müharibəni Xankəndinin astasında ona görə dayandırdıq ki, Rusiya Bakını hədəf almışdı...”
Tarix: 31-10-2021 | Saat: 11:28
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Qüdrət Həsənquliyev və bəzi siyasətçilər bir cəbhədirlər. Guya böyük siyasətçilərdir. Deyirlər, Rusiyanı qıcıqlandırmaq olmaz. Onlar niyə Türkiyənin əleyhinə çıxış edirlər?”

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.

“Qüdrət Həsənquliyev prezident seçkiləri vaxtı dedi ki, seçiləcəyi təqdirdə Türkiyədəki investisiyaları Rusiyaya yatıracaq. İndi də deyir ki, Türkiyənin etdiklərini çox da şişirtməməliyik. Əvvəllər də deyirdi ki, Qarabağın açarı Rusiyanın əlindədir, Rusiya nə deyirsə, edək, Qarabağ azad olunsun. Bizim qələbəmizdə Rusiyanın rolu yoxdur. Əksinə, Rusiyanın qələbəmizin tam başa çatmamasında rolu var. Müharibəni Xankəndinin astasında ona görə dayandırdıq ki, Rusiya Bakını hədəfə almışdı. Rusiya açıq şəkildə Azərbaycana qarşı müharibəyə qoşulmaq istəyirdi. Bizə düşmən olan dövləti xeyirxah kimi təqdim etməklə nəyə nail olmaq istəyirsən?” – S.Cəlaloğlu qeyd edib.(Konkret.az)



Xəbəri paylaş

1264 dəfə oxunub.

Digər xəbərlər
12-01-2022, 14:13 Sabah yağış yağacaq