Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Tarix: 23-02-2022 | Saat: 20:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 141 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 502, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 170, üç və daha çox doza vaksin vurduranların sayı 29 929, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 940 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 864 217, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 290 799, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 778 777, üç və daha çox doza vaksin vurduranların sayı 2 596 563, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 198 078 təşkil edir.



Xəbəri paylaş

1225 dəfə oxunub.

Digər xəbərlər