Saytımızı qiymətləndirin


 
 

"Vorskla" klubu erməni futbolçusunu "Qarabağ"la oyuna gətirməyəcək - RƏSMİ
Tarix: 18-10-2018 | Saat: 11:13
Bölmə:Karusel / İdman | çapa göndər

 

 

Andrey İvanov: Siyasi amildən danışmaq əsassızdır, çünki oyunçu zədəlidir, beli sərpib

Ukraynanın "Vorskla" klubunun futbolçusu Geqam Kadimyan "Qarabağ"la Avropa Liqasının IV tur matçı üçün Bakıya gəlməyəcək.

Bu barədə "Qarabaginfo" "Report.az"a istinadən məlumat verir ki, 26 yaşlı erməni hücumçunun zədəlidir. Klub rəsmisi eyni səbəbindən, yarımmüdafiəçi Georgi Kobaxidze və hücumçu Denis Vasinin də qarşıdakı oyunu buraxacağını bildirib.

İvanov Kadimyanın "Qarabağ"la Bakıdakı qarşılaşmada siyasi səbəblərdən iştirak etməyəcəyinə dair iddialara isə belə münasibət bildirib: "Futbol siyasətlə bu cür kəsişməməlidir. Şəxsən mən bütün millətlərə hörmətlə yanaşıram. Hətta Rusiyanın Ukraynaya məlum münasibətinə baxmayaraq, "Qarabağ"ın heyətində rus futbolçular olsaydı, onların bizimlə oyunda iştiraklarına maneçilik törətməzdik. Siyasi amildən danışmaq əsassızdır, çünki oyunçu zədəlidir, beli sərpib".

Qeyd edək ki, "Qarabağ" və "Vorksla" komandaları oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, noyabrın 8-də isə Poltavadakı Aleksey Butovski adına stadionda üz-üzə gələcəklər. Daha öncə İngiltərə "Arsenal"ı erməni futbolçusu Henrix Mxitaryanı Bakıya gətirməyib.   



Xəbəri paylaş

559 dəfə oxunub.

Digər xəbərlər