Saytımızı qiymətləndirin


 
 

"Ayıq-sayıq olmalıyıq, məktəblərdə terror ola bilər "
Tarix: 23-09-2021 | Saat: 14:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 

Ayıq-sayıq olmalıyıq, məktəblərdə terror ola bilər - AÇIQLAMA

Nəhayət, uzun müddətdən sonra bu həftə məktəblər açıldı, şagirdlər ənənəvi qaydada təhsilinə davam edə bildi. Ancaq pandemiyadan əvvəlki dövrlə müqayisədə indi yeniyetmələr və şagirdlər üçün çox təhlükəli vaxtdır. Belə ki, pandemiya dövründə yeniyetmələr və gənclər arasında intiharlar çoxaldı, narkotikin satışı artdı.

Bəs şagirdləri bu təhlükələrdən qorumaq üçün nə etməliyik?

Qarabaginfo.az-ın məlumatına görə, Həkim-psixoloq, psixoterapevt Elmir Əkbər "Bakıvaxtı"na bildirib ki, əhali ayıq-sayıq olmalıdır:

"Məktəblərin açılması sevindiricidir, çünki biz bilirik ki, məktəb yalnız uşağa savad vermək üçün deyil, həm də onun sosiallaşması və vacib şəxsə çevrilməsi üçün müəssisədir. Ona görə də, məktəbin açılmağı çox vacib və sevindirici haldır. Amma, bununla birlikdə, narahatlıq və nigaranlıq da artıb. Buna səbəb son dövrlərdə daha asan əldə olunan narkotik növlərinin peyda olması və onların satışının genişləndirilməsidir. Bu, bir tərəfdən çox narahatlıq doğuran məsələdir, digər tərəfdən isə məktəblərdə bu və intihar məsələləri ilə bağlı ayıq-sayıq olmaq lazımdır."

"Ən təhlükəli məsələlərdən biri də terrordur. Srağa gün Perm şəhərində neçə insanı öldürən, terrorist tələbə haqqında xəbərlər çıxmışdı. Dünyanın müxtəlif yerlərində belə hadisələr olur, biz də vaxtilə Neft Akademiyasında bu tip terrorun şahidi olmuşuq. Ələlxüsus da bizim erməni kimi bir düşmənimiz var, ehtiyatlı olmalıyıq. Qorxaq olduğunu deyirik, amma cinayətkarlar, namərdlər elə qorxaqlıqdan namərdlik edirlər. Qarşıdan müharibənin başladığı, qələbə qazandığımız gün gəlir. Bunlar hamısı ayıq-sayıq olmağımız üçün siqnaldır. Birinci növbədə, əhali bu şeylərlə mübarizə aparmaq üçün biganəlik və laqeydliyin daşını kənara atmalıdır. Hamı bütün gənclərə, yeniyetmələrə, insanlara öz övladı kimi baxmalıdır. Müəllim və ya başqa bir valideyn kiminsə uşağının hansısa pis yola düşə biləcəyini görsə, mütləq şəkildə direktora, valideynə, hüquq, mühafizə orqanlarına müraciət etməlidir. Ələlxüsus terrorla bağlı şübhəli şəxs, davranış gördükdə mütləq müvafiq orqanlara müraciət etməlidirlər. Bu, qorxulu bir təhlükə ola bilər, hər kəs ayıq-sayıq, diqqətli olsun. Həmçinin, məktəblərdə dediyimiz hadisələrin qarşısını almaq üçün psixoloqların işi düzgün qurulmalı, doğru kurslar keçməli, ümumiyyətlə savadlı psixoloqlar işə götürülməlidir. Onlara bu problemlərlə işləməyi bacarmaları üçün xüsusi təlimlər keçmək lazımdır ki, problemli şagird və ya tələbə ilə qarşılaşanda həkim psixoterapevtlərə yöndərsinlər. Düşünürəm ki, burda psixoloji xidmətdən çox şey asılıdır. Heyf ki, psixoloji Azərbaycanda bərbat səviyyədədir. Fikrimcə, bu dediklərimə riyaət edilsə, ən azından, xeyli problemlərin qarşısını almış olardıq".



Xəbəri paylaş

366 dəfə oxunub.

Digər xəbərlər