Tərləməyə və xoşagəlməz qoxuların əmələ gəlməsinə qarşı vasitələr xərçəngin yaranmasına səbəb ola bilər. Naked Since nəşrinin yazdığına görə, bu cür qənaətə Valisure şirkətinin tədqiqatçıları gəlib.
Tədqiqatçılar dezodorantların və antipresperantların tərkibində yüksək miqdarda benzol müəyyənləşdirib.
Şirkət 30 brendin 108 partiyasında yoxlamalar aparıb və müəyyən edib ki, onların yarısından çoxunda benzolun miqdarı müəyyən edilmiş normadan yüksəkdir. Bəzilərində hətta benzolun miqdarı normanı 9 dəfə üstələyib. Buna baxmayaraq, 19 brendin istehsalı olan spreylərdə benzol müəyyən olunmayıb.
Ən çox miqdarda benzol Old Spice və Secret (hər ikisi Procter & Gamble Co.), Tag və Equate (Walmart Inc.), "Suave" (Unilever PLC) brendlərində aşkarlanıb.
Bu təhlükəli maddə ən az miqdarda Victoria’s Secret&Co spreylərində müəyyənləşib. Sanofi’s Gold Bond, Dove və Axe məhsullarının tərkibində isə ümumiyyətlə benzol yoxdur.
Valisure şirkəti artıq ABŞ-ın müvafiq qurumlarına petisiya göndərib və tələb edib ki, insan sağlamlığı üçün zərərli məhsullar dövriyədən çıxarılsın.
Problem ondadır ki, benzol insan orqanizminin hüceyrələrinin qeyri-korrekt işləməsinə səbəb ola bilər. Bu pozğunluq anemiyaya qədər gətirib çıxara bilər.
Bununla yanaşı, benzol immun sisteminə də zərər vura bilər. Üstəlik, benzol kaserigen xüsusiyyətlərə də malikdir ki, bu da gələcəkdə leykoz riskini artırı
Bu dezodorantlar xərçəng yaradır - ARAŞDIRMA
Tarix: 08-11-2021 | Saat: 15:53
Bölmə:Karusel / Gündəm | çapa göndər
329 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 08-11-2021 | Saat: 15:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xəbəri paylaş
Digər xəbərlər
31-10-2025, 10:16
İstanbulda Pakistan ilə Əfqanıstan arasında aparılan danışıqlar nəticəsində atəşkəsin davamı razılaşdırılıb
25-06-2022, 11:20
Azərbaycan nefti bahalaşdı
13-12-2025, 12:02
ABŞ Qəzza zolağı ilə bağlı Dohada konfrans keçirəcək
18-01-2021, 12:54
Füzuli rayonunun Merdinli kəndindən - VİDEO
25-12-2021, 12:18
Bazar gününə olan hava proqnozu açıqlanıb
28-02-2022, 07:39
“Rusiyalı oliqarxlar müharibəni dayandırmağa çağırıblar”
7-03-2023, 14:11
Kahramanmaraşda yenə zəlzələ oldu
15-01-2022, 11:53
Bakıda naməlum kişi meyiti tapılıb
22-11-2024, 20:07
Kursk vilayətinin 46 sakini Ukraynadan Rusiyaya qaytarılıb
















