Saytımızı qiymətləndirin


 
 

Külək güclənəcək, qar yağacaq - XƏBƏRDARLIQ
Tarix: 20-04-2023 | Saat: 16:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Külək güclənəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Aprelin 21-də gündüz şimal-qərb küləyinin 15-20 m/s, axşama doğru arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

 

Bu barədə Qarabaqinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Aprelin 21-i əvvəlcə şimal və qərb rayonlarında, gün ərzində isə digər ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Aprelin 22-si və 23-də isə gündüz saatlarında dağlıq və dağətəyi rayonlarda havanın yağıntılı olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, 21-də bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

 

Aprelin 24-ü axşam qərb rayonlarından başlayaraq 25-i axşamadək yenidən hava şəraitinin yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

 

Çaylarda sululuğun artacağı ehtimalı var.



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər
21-11-2023, 10:12 Tokayev Azərbaycana gəlir