Saytımızı qiymətləndirin


 
 

Kəlbəcərə yol çəkilişi BAŞLANDI
Tarix: 11-02-2021 | Saat: 12:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Göygölün Toğanalı kəndindən başlayaraq, Murovdağ silsiləsini keçməklə Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın istiqamətində yolun tikintisi üçün ilkin işlərə başlanılıb”.

Bunu  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

 

A.Nəcəfli qeyd edib ki, Murovdağ silsiləsinə qədər ilk 16 kilometrlik hissədə torpaqlama işləri həyata keçirilib:


“Hazırda yolun tikintisi layihələndirmə mərhələsindədir. Yolun 2-3 hərəkət zolaqlı olması nəzərdə tutulur. Enişli-yoxuşlu ərazilərdə 3, digər ərazilərdə isə 2 hərəkət zolaqlı olması planlaşdırılır. Bu ikinci texniki dərəcəli avtomobil yolu olacaq.

3500 metrlik hündürlükdə yerləşən Murovdağ silsiləsi çətin keçilən relyefə malik olduğuna görə, dağ silsiləsini tunellər vasitəsilə keçmək nəzərdə tutulur. Tunellərin uzunluğu 10-12 kilometr olacaq. Layihə üzrə dəqiqləşdirmələr aparılacaq. Layihəyə Türkiyə şirkətlərinin cəlb olunması hədəflənib və hazırda danışıqlar aparılır. Yaxın müddətdə hansı şirkətlərlə işləyəcəyimizə dair qərar qəbul ediləcək və ictimaiyyətə bu barədə ətraflı məlumatlar veriləcək. Ümumilikdə layihədə Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın istiqamətində yolun uzunluğu 190 kilometrdir. Bu, nəqliyyat vasitələrinin Qarabağa şimaldan daxil olmasını təmin edəcək bir layihə olacaq”.

 

AAYDA rəsmisinin sözlərinə görə, Kəlbəcərə həmçinin, cənub istiqamətindən də yolun çəkilməsi nəzərdə tutulub:

 

“Ermənistan sərhədindən - Mincivan magistral yolundan Qubadlı-Laçın istiqamətində də yolun inşaası ikinci texniki dərəcəli olacaq. Bununla da həm şimaldan, həm də cənubdan Füzuli-Şuşa yolundan əlavə, Laçın istiqamətində hərəkət etmək mümkün olacaq. Bu isə gələcəkdə ümumilikdə regionun, turizmin, sənayenin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Çünki istər Gürcütsan, istərsə də İran, Türkiyə və Naxçıvan istiqamətindən gələn nəqliyyat vasitələri rahat şəkildə bu dəhlizdən istifadə edə biləcəklər”.



Xəbəri paylaş

1353 dəfə oxunub.

Digər xəbərlər