Tarix: 17-11-2025 | Saat: 13:43
Bölmə:Karusel / Təhsil | çapa göndər

“Hazırda üzərində işlədiyimiz yanaşma budur ki, tamştatlı müəllimin əməkhaqqısı ölkə üzrə orta əməkhaqqıdan ən azı iki dəfə yüksək olsun”.
Qarabaginfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
“Mövcud saat hesabı əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tamştatlı müəllim anlayışını Azərbaycan məktəblərinə gətirmək üzərində çalışırıq. Çünki hazırkı statistika müəllimlərin 4–6 saat dərs yükü ilə aldığı əməkhaqqını ümumi göstəriciyə aid edir. Bu da özlüyündə yanlış təsəvvür yarada bilir. Eyni zamanda müəllimin öz əməkhaqqısını artırması üçün yalnız daha çox dərs saatı götürməsi kimi məcburi bir mexanizm doğru deyil və dəyişməlidir. Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan müəllimi məktəbin tamhüquqlu bir hissəsi olduğunu hiss etsin. Yeni hesablanma mexanizmini niyə tətbiq edirik və bununla hansı problemi həll etməyə çalışırıq? Bütün bu məsələlərlə bağlı yaxın günlərdə geniş ictimai məlumatlandırma aparmağı planlaşdırıram. Bu barədə xüsusi şəkildə geniş izah veriləcək ki, əsassız şərhlərə ehtiyac qalmasın”.
Qeyd edək ki, nazir daha əvvəl də açıqlamasında sertifkatlaşdırmaya yanaşmanın müəllimliyin saathesabı, yarımştat, hərdənbir məktəbə gəlib dərs demək işindən daimi iş rejiminə keçmək olduğunu bildirmişdi. Qeyd etmişdi ki, tamamilə rəqabətli, yüksək əməkhaqqısı olacaq və daimi ştatda olan müəllimin dərs yükü 18 saat olacaq. Yerdə qalan saat hissələrində isə təhsilə aid digər işlərlə məşğul olacaq. Hansı müəllim istəsə ki, yüksək əməkhaqqı ilə işləsin, onlar üçün tətbiq olunacaq.
Digər xəbərlər














%20(4):1200.jpg)
