Saytımızı qiymətləndirin


 
 

Sabirabadda 9-cu sinif şagirdinə toy etdilər - DİN-dən Açıqlama
Tarix: 01-06-2022 | Saat: 17:10
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Sabirabadda 9-cu sinif şagirdinə toy etdilər

Sabirabadda 9-cu sinif şagirdi olan qızın toyu keçirilib.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat paylaşıb. O, hadisənin rayonun Qəzli kəndində baş verdiyini bildirib: “Sabirabad rayonu Qəzli kəndində 9-cu sinif şagirdinin qız toyu olub.1-2 həftəyə də oğlan toyu olacaq”.

Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, toyun qarşısı alınıb: “Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunub: “Digər dövlət qurumları məlumatlandırılıb. Vaxt təyin olunan toy mərasimin keçirilməsinin qarşısı alınıb. Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.



Xəbəri paylaş

245 dəfə oxunub.

Digər xəbərlər