Saytımızı qiymətləndirin


 
 

Bu ölkələr koronavirusla bağlı məhdudiyyətləri yumşaltdı
Tarix: 03-03-2022 | Saat: 16:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu ölkələr koronavirusla bağlı məhdudiyyətləri yumşaltdı

 

Rusiyanın paytaxtı Moskva şəhərində martın 3-dən koronavirusla mübarizə tədbirləri çərçivəsində əyləncə tədbirləri, teatr və muzeylərə daxil olmaq üçün istifadə olunan QR-kodlar ləğv olunub.

Qarabaginfo.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Moskvanın meri Sergey Sobyanin açıqlayıb.

Həmçinin bu gündən etibarən Moskva şəhərində ictimai iaşə obyektləri, teatr, muzey, eləcə də konsert, əyləncə, mədəni, maarifləndirici, idman və s. bu tip tədbirlərə daxil olmaq üçün qoyulan məhdudiyyətlər ləğv olunub.

Bununla yanaşı, Fransada da koronavirusla bağlı tətbiq edilən bir neçə məhdudiyyət aradan qaldırılıb.

Belə ki, ölkənin Baş naziri Jan Kasteks bildirib ki, martın 14-dən ölkədə vaksin pasportları və nəqliyyat istisna olmaqla ictimai yerlərdə məcburi olaraq maska taxmaq qaydası ləğv olunur.



Xəbəri paylaş

230 dəfə oxunub.

Digər xəbərlər