Saytımızı qiymətləndirin


 
 

Gəndob–Xaçmaz–Yalama–Rusiya yolunda tikinti üçün 11 milyon manat ayrılıb
Tarix: 18-09-2023 | Saat: 13:25
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Gəndob–Xaçmaz–Yalama–Rusiya yolunda tikinti üçün 11 milyon manat ayrılıb

Prezident İlham Əliyev Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.



Xəbəri paylaş

1428 dəfə oxunub.

Digər xəbərlər