Saytımızı qiymətləndirin


 
 

Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub
Tarix: 13-09-2021 | Saat: 06:40
Bölmə:Karusel / Region | çapa göndər

 

Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub

Bu gündən etibarən Gürcüstanın iri şəhərlərində ictimai nəqliyyat fəaliyyətini bərpa edib.

Qarabaginfo.az xəbər verir ki, bir aylıq fasilədən sonra Tbilisi metrosu və avtobuslar sərnişinlərə xidmət göstərməyə başlayıb.

İctimai nəqliyyatda qoruyucu maskadan istifadəyə ciddi nəzarət həyata keçiriləcək.

Qeyd edək ki, qonşu ölkədə epidemioloji vəziyyətin ağırlaşması səbəbindən ictimai nəqliyyatın hərəkəti avqustun 14-dən dayandırılıb. Qadağanın sentyabrın 4-də götürüləcəyi gözlənilsə də, müddət sentyabrın 13-nə qədər uzadılıb.(Report)



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər