Saytımızı qiymətləndirin


 
 

Lerikdə obyekt sahibləri CƏRİMƏLƏNDİ
Tarix: 30-08-2023 | Saat: 16:39
Bölmə:Karusel / Region | çapa göndər

Lerikdə obyekt sahibləri CƏRİMƏLƏNDİ

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena və ətraf mühitin mühafizəsi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Lerikdə tədbirlər həyata keçirib.

 

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Qarabaqinfo.az-a verilən məlumata görə, tədbirlər zamanı təbii su hövzələrinə çirkab suların axıdılması, su obyektlərinin mühafizəsi qaydalarının pozulması və qanunsuz odun tədarükü faktları aşkar olunub.

 

Aşkarlanan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) və 252-ci ( Meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasının pozulması) maddələrinin tələblərini pozan ümumilikdə 4 vəzifəli və 1 fiziki şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.



Xəbəri paylaş

1257 dəfə oxunub.

Digər xəbərlər
15-12-2020, 13:45 Sabah yağış yağacaq