Saytımızı qiymətləndirin


 
 

Flora Kərimovadan möhtəşəm addım: “Amma yenə söyüldüm...”
Tarix: 06-09-2021 | Saat: 11:17
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Flora Kərimovadan möhtəşəm addım: “Amma yenə söyüldüm...”

Xalq artisti, "Şərəf" ordenli Flora Kərimovanın ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qazilərinə verməsi ilə bağlı xəbərlər yayılıb. Mövzu ilə bağlı sənətçi Yenisabah.az-a müsahibə verib.

Qarabaginfo.az müsahibəni təqdim edir:

- Flora xanım, Prezidentin fərdi təqaüdünü qazilərə bağışlamağınız doğrudurmu?

- Bəli, doğrudur. Mən istəmirdim insanlar bunu bilsinlər. Ona görə bunu çox məxfi etmişdim, ancaq hər kəs öyrəndi, eybi yoxdur.

- Bu işdə sizə yardım edənlər oldumu?

- Bəli, tez-tez qazilərə, şəhid ailələrinə yardımı ilə insanların qəlbini fəth edən idmançı Kamil Zeynallı bu işdə mənə kömək oldu. Bu addımı atmaq istəyəndə ağlımıza ilk o gəldi və Kamil müəllimdən bu məsələdə kömək istədik. Çünki onun bir əli şəhid ailələrinin, digəri qazilərin üstündədir. O bilir ki, kimə nə yardım lazımdır. Ona da zəng edib məxfi şəkildə dedik ki, belə bir şey etmək istəyirik. Çünki inandığımız, güvəndiyimiz şəxs o idi. Kamil də canla-başla bu işə qol qoydu.

- Yardım hansı qazilərə oldu? Sirr deyilsə, məbləğ nə qədər idi?

- Kamil bəyə zəng etdik, ehtiyacı olan qaziləri o özü seçdi. Bilmədim kimlər idi, heç soruşmağa da lüzum görmədim, çünki Kamil Zeynallıya çox güvənirəm. Tək mən yox, o, insanların da inamını, rəğbətini çoxdan qazanıb. O bilir ki, kimə nə qədər vermək lazım idi. Heç istəmirdim ki, bu addımdan insanlar xəbər tutsunlar.

- Bunu bilən insanlar addımınıza necə reaksiya verdilər?

- Buna “təqdirəlayiq addım” deyən olmadı, əksinə söyüldüm. Mən həmişə demişəm ki, “Amandır, millət, qoymayın, kütlə sizi idarə eləsin”. Sən demə, kütlənin sözü millətin sevgisindən daha kəsərli imiş, daha ağır imiş... Millət də kütlənin qarşısında dayana bilmir. Mən də söyüldüm. Mərdi qova-qova namərd edirlər.

- Siz “Şərəf” ordeni alanda da hər kəsin mövqeyi birmənalı olmamışdı. Bu barədə nə düşünürsünüz?

- Bu cür addımlar atmaq hər bir vətəndaşın borcudur. Amma edib, sonra ünvanıma söyüş eşitmək çox qəlb qırıcıdır. Dövlət bilsəydi ki, mənə “Şərəf” ordeni verəndən sonra bu yaşda bu qədər düşmən qazanacam, heç ordeni verməzdi. Məni təltif edib bu qədər incitməzdi.



Xəbəri paylaş

1299 dəfə oxunub.

Digər xəbərlər