Saytımızı qiymətləndirin


 
 

NATO Baş katibi Rusiyaya çağırış edib
Tarix: 15-02-2022 | Saat: 17:22
Bölmə:Karusel / Siyasət | çapa göndər

Yens Stoltenberq

 

NATO Baş katibi Yens Stoltenberq Rusiya Müdafiə Nazirliyinin Ukrayna sərhədindəki bəzi hərbi qüvvələrin təlimlərini tamamlayaraq bazalara geri dönməsinə dair məlumatına münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, Stoltenberq NATO müdafiə nazirlərinin fevralın 16-17-də keçiriləcək görüşündən əvvəl keçirdiyi mətbuat konfransında deyib ki, qüvvələrin bir qisminin geri çağırılması hələlik gerçək de-eskalasiyanı nümayiş etdirmir.

Baş katib bildirib ki, Rusiya yalnız canlı qüvvələri geri çəkir, lakin hərbi texnika və avadanlıqlar yerləşdirildiyi yerlərdə qalır: “Bu isə o deməkdir ki Rusiya hərbi qüvvələrinin həmin ərazilərə yenidən qaytarılması qısa müddətdə və asan ola bilər. Biz hərbi qüvvələrin və ağır artilleriyanın geri çəkilməsini görmək istəyirik”.

Stoltenberq vurğulayıb ki, NATO vəziyyəti yaxından izləyir və Rusiyanı həqiqi de-eskalasiyaya çağırır.

O qeyd edib ki, NATO yanvarda Rusiyaya göndərdiyi məktuba cavab almayıb.



Xəbəri paylaş

1305 dəfə oxunub.

Digər xəbərlər