Orta məktəblərdə tədris olunan 8-ci sinf Azərbaycan dili dərsliyində olan mətn yenidən valideynlər tərəfindən gündəmə gətirilib.
Onlar mətndə istifadə olunan vulqar sözlərin 8-ci sinif şagirlərinə pis örnək olduğunu bildirir, bu səbəblə dərsliklərin dəyişdirilməsini istəyirlər.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən təhsil eksperti Emin Məhərrəmov bildirir ki, belə yanaşmalar dünyada da var:
“Hərdən real vaxtın səciyyəvi sözlərini göstərmək üçün dərsliklərə bu cür mətnlər salınır. Mən deməzdim ki, qətiyyən olmaz. Mətnin dərsliklərdən çıxarılması məsələsinə gəlincə, bu, çox uzun bir prosesdir. Məsələ bir ildən çoxdur gündəmdə var. Bəlkə, 2-3 ildən sonra çıxarıla bilər”.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov bildirdi ki, həmin mətn vulqar sözlərin bir nümanəsidir. Burada tərbiyəsiz heç nə yoxdur:
“Bu məsələ ötən il də müzakirə olundu. Dilçilər göstərdilər ki, bu, əxlaqsız bir mətn deyil. Sadəcə mətnin yaxşı danışıq dili olmadığını bildirmək üçün uşaqlara göstərilən nümunədir, təbliğ deyil”.
Dərslikdə gedən həmin mətni təqdim edirik:
Həsən və Mehdi söhbət edir
- Alə, axşam gedey gezmeyə?
- Hara, brat?
- Nə bilim, çıxaruğ şəhərə, bir az mırt tutaruğ.
- Ala, dibilsən? Camaatnan nə işimiz var? Bir də axşam hazırrığlarım var. Allah haqqı, evdə məni nadayet eliyiblər. Oxu, oxu... Lap adamı təkərə salırlar ey...
- Karoçi, gedirsən, getmirsən?
-, dedim, dərsə gedirəm.
"Ala, dibilsən? Çıxaruğ şəhərə, bir az mırt tutaruğ" - Valideynlər narazıdır
Tarix: 22-09-2017 | Saat: 12:44
Bölmə:Təhsil / Problem | çapa göndər
849 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 22-09-2017 | Saat: 12:44
Bölmə:Təhsil / Problem | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
5-08-2022, 11:09
MN: Kəlbəcər, Laçın, Ağdam, Xocavənd və Xocalı istiqamətində mövqelərimiz atəşə tutulub
16-08-2022, 16:58
Ukrayna Prezident Ofisi: "Dünyanın dəstəyinə ehtiyacımız var"
29-12-2022, 11:30
Çavuşoğlu: "Laçın yolundakı son hadisələr Ermənistan üçün bir səmimiyyət testidir"
7-02-2019, 16:44
Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub - FOTO
28-04-2024, 21:43
Paşinyan və Blinken telefonla danışdı, sülh sazişini müzakirə etdi
17-06-2021, 16:21
Azərbaycan klublarının avrokubok matçları üçün sifariş verdiyi stadionlar bəlli olub
22-04-2022, 00:44
Zelenski Ukraynanın müharibədən sonra bərpası üçün Milli Şura yaradıb
23-11-2021, 15:21
Bakıda 87 yaşlı kişi 78 yaşlı qadınla ailə qurub - FOTO
21-03-2022, 14:58
Gürcüstanın Baş naziri Marneulidə azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib







" style="width: 670px; height: 340px;">











