Saytımızı qiymətləndirin


 
 

Hərbi xidmətdən möhlət hüququnun verilməsindən sonra magistraturaya qəbul sayı artdı
Tarix: 21-09-2017 | Saat: 16:21
Bölmə:Təhsil | çapa göndər

Azərbaycanda hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə əlaqədar olaraq ötən illə müqayisədə bu il magistraturaya qəbul olunan oğlanların sayı 73,9% artıb.

Qarabağinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev deyib. Onun sözlərinə görə, 2016 və 2017-ci illərdə ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilən qəbul imtahanları üzrə imtahan nəticələrində müsbət dinamika müşahidə edilib.
 
Y.Piriyev qeyd edib ki, magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3% artıb: "Ötən illə müqayisədə sənəd verib, imtahana gəlməyənlərin sayı 15 dəfə azalıb. Magistraturaya sənəd verənlərin sayının azalmasının əsas səbəbləri arasında imtahanlar ödənişli olduğundan təsadüfi sənəd verənlərin kəskin azalması və yalnız gələcəkdə magistratura səviyyəsində təhsil almaq istəyənlərin sənəd verməsi yer alıb".



Xəbəri paylaş

640 dəfə oxunub.

Digər xəbərlər