Saytımızı qiymətləndirin


 
 

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrasında fərqlənən dəmiryolçular mükafatlandırılıblar
Tarix: 28-11-2017 | Saat: 10:49
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

 

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsinin icra olunmasında fərqlənən bir qrup dəmir yolu işçisinə Prezident İlham Əliyevin sərəncamı ilə verilmiş orden, medal və fəxri adlar Gürcüstan paytaxtındakı sahiblərinə təqdim olunub.

"Report" bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir. 

Məlumata görə, təqdimatda çıxış edən qurumun İdarə Heyətinin sədri Cavid Qurbanov Azərbaycanın təşəbbüsü ilə reallaşan BTQ layihəsinin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, Asiya ilə Avropanı birləşdirən bu yolun istifadəyə verilməsi region dövlətlərinin inkişafında mühüm rol oynayacaq. 

Sədr həmçinin deyib ki, Azərbaycanın dövlət başçısının sərəncamı ilə 4 nəfərə “Əməkdar Mühəndis” fəxri adı verilib, 3 nəfər 3-cü dərəcəli “Əmək Ordeni”, 23 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunublar. Təltif olunanlardan ikisi Gürcüstan vətəndaşlarıdır.

C.Qurbanov jurnalistlərə müsahibəsində isə bildirib ki, Azərbaycan əsrin ən iri 100 layihəsindən olan BTQ-ni istifadəyə verməklə nəyə qadir olduğunu dünyaya sübut edib: "Prezidentin bu mükafatı da dəmiryolçular qarşısında böyük vəzifələr qoyur. Dəmiryolçular bundan sonra daha əzmlə çalışacaqlar".

Sonra ADY-nin Gürcüstan filialının şöbə müdiri Murad Buadze, "Marabda-Kartsaxi Dəmir Yolu" MMC-nin rəisi Levani Konkava, ADY-yə məxsus "Dəmiryolservis” MMC-nin direktor müavini Cəmil Qasımov çıxış edərək İ.Əliyevə minnətdarlıq ediblər.

 



Xəbəri paylaş

694 dəfə oxunub.

Digər xəbərlər