Saytımızı qiymətləndirin


 
 

Ziya Məmmədov bağ evini satışa çıxardı: qiyməti... - Foto
Tarix: 26-10-2024 | Saat: 22:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qubada yerləşən, sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilən 15 hektarlıq bağ evi satışa çıxarılıb.

Qarabaginfo.az xəbər verir ki, etibarlı mənbənin Ajans.az-a verdiyi xəbərə görə, Qubada sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilən 15 hektarlıq bağı evi satışa çıxarılıb. Bağ evində yaşayış evinin ərazisi 3000 kv metr-dən artıqdır.

İlkin mərhələdə məşhur iş adamlarından biri bağ evini almağa razılıq versə də, daha sonra razılaşma həllini tapmayıb. Satış qiyməti barədə məlumat verilməyib. Bağ evi Qubanın səfalı yerindədir. Sözügedən evdə xidmət göstərmək mümkünsüz olduğundan satışa çıxarılıb. Ev sahibsiz və baxımsız vəziyyətdə qalıb.

Aaraşdırmamıza görə, bu cür böyük əraziyə və lüks malikanələrə malik bağ evinin qiyməti təxminən bir neçə milyon manat səviyyəsində ola bilər. Ərazinin genişliyi (15 hektar), xüsusi dizayn və təbiət ilə zəngin olması infrastrukturu, memarlıq üslubu kimi faktorlar bu qiyməti artırır. Bakı və Quba kimi bölgələrdə yerləşən belə mülklərin qiyməti 5 milyon manatdan başlayaraq daha yüksək məbləğlərə qədər çıxa bilər.

Məlumata görə, Ziya Məmmədovun Bakıda Şüvəlanda hektarlarla ərazisi olan bağ evi də baxımsız vəziyyətə düşür. Ziya Məmmədovun oğlu Anar Məmmədov Londonda yaşayır. Qızı isə keçmiş hərbi Komissar Əliağa Hüseynovun oğlu ilə ailə həyatı qurub.

Bildirək ki, məşhur ZQAN HOLDİNG də Ziya Məmmədova məxsus idi. Holdingin baş hərflərinin Ziya Məmmədov və ailə üzvlərinin adlarının baş hərfləri olaraq seçildiyi qeyd edilir.

Qeyd edək ki, Ziya Məmmədov Bakıda milyonerlər məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində yaşadığı malikanənin ərazisi 40-50 sotdur.



Xəbəri paylaş

76 dəfə oxunub.

Digər xəbərlər