Saytımızı qiymətləndirin


 
 

Yeni telekanalla bağlı müsabiqə - MTRŞ 1 ay vaxt verdi
Tarix: 14-11-2017 | Saat: 18:24
Bölmə:Manşet / Karusel | çapa göndər

Yeni telekanalla bağlı müsabiqə

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

"Qarabağinfo""Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, iclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən  16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib.

İclasda həmçinin Dalğa TV-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılmış və ona peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.

 

 



Xəbəri paylaş

583 dəfə oxunub.

Digər xəbərlər