Saytımızı qiymətləndirin


 
 

Ramazan ayı ilə bağlı fətva verildi
Tarix: 09-04-2021 | Saat: 15:52
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

 

Ramazan ayı ilə bağlı fətva verildi

 

Qafqaz Müsəlmanları İdarəsində Qazılar Şurasının növbəti iclası keçirilib.

QMİ-dən Qarabaginfo.az-a verilən məlumata görə, QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə onlayn formatda keçirilən iclasda Ramazan ayının başlanması ilə əlaqədar Fətva müzakirə olunub.

İclasda Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna cavab olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilovun imzası ilə Şeyxülislam Allahşükür Paşazadənin ünvanına daxil olan məktubun mətni oxunub.

Bildirilib ki, QMİ-nin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar Fətva qəbul edib: "Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna cavab olaraq daxil olan məktubuna əsasən bildiririk ki, bu il üfüqümüzdə Hilalın (təzə Ayın) aprelin 13-ü Şam namazı ərəfəsində görünəcəyinə görə Ramazan ayının 1-i miladi təqvimlə 14 aprelə təsadüf edəcək.

Qeyd olunub ki,  Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvim QMİ-nin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. 



Xəbəri paylaş

1330 dəfə oxunub.

Digər xəbərlər