Saytımızı qiymətləndirin


 
 

Amin Musayev: "Əsir götürüləndə nalayiq söz dedilər və mən onların cavablarını verdim"
Tarix: 07-01-2021 | Saat: 14:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Amin Musayev: Əsir götürüləndə nalayiq söz dedilər və mən onların cavablarını verdim

“Vətənə qayıtdığım üçün Ali Baş Komandana minnətdarlığımı bildirirəm. Düşünürəm ki, əsir düşməkdənsə ölmək yaxşıdır. Əsir götürülən zaman mənə nalayiq söz dedilər və mən onların cavablarını verdim. Orada rus jurnalistin olmasını belə bilmirdim”.

Qarabaginfo.az “Report”a xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçumuz Musayev Amin Alim oğlu deyib.

“Məni sonra tibbi maşına mindirəndə də vurdular. Müəyyən yol getdikdən sonra maşını saxlayıb yenə vururdular. Sonra huşumu itirdim. Xəstəxanada olduğumu isə sonradan bildim. Həkim sarğı edən zaman səsim çıxanda belə məni vururdu. Kefləri nə zaman istəyəndə isə yemək verirdilər. Gətirib tullayıb gedirdilər”, - o bildirib.



Xəbəri paylaş

340 dəfə oxunub.

Digər xəbərlər