Saytımızı qiymətləndirin


 
 

Kallas: Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini iyulun 15-də razılaşdırmağa çalışacaq
Tarix: 13-07-2026 | Saat: 23:16
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas

 

Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini iyulun 15-də razılaşdırmağa növbəti cəhd edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas mətbuat konfransında məlumat yayıb.

Onun sözlərinə görə, həmin gün Rusiya neftinə tətbiq olunan qiymət tavanı mexanizminin qüvvədə olma müddəti başa çatır.

“Çərşənbə günü səfirlərimizin növbəti görüşü keçiriləcək. Lakin bunun uğurla nəticələnəcəyinə dair heç bir zəmanət verə bilmərəm”, - deyə Kallas bildirib.

O vurğulayıb ki, Aİ hələlik alternativ plana keçməyi nəzərdən keçirmir və əsas məqsəd 21-ci sanksiyalar paketi üzrə ümumi razılığa nail olmaqdır.

“Əgər razılıq əldə olunmasa, B planı üzərində işləyəcəyik. Amma hazırda diqqətimiz A planındadır”, - deyə Kallas əlavə edib.



Xəbəri paylaş

43 dəfə oxunub.

Digər xəbərlər

12-07-2026, 22:46Qəzzaya zərbə endirildi