Saytımızı qiymətləndirin


 
 

Türkiyə Prezidenti ilk fürsətdə Trampla görüşəcəyini bildirib
Tarix: 30-04-2025 | Saat: 20:36
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyə Prezidenti ilk fürsətdə Trampla görüşəcəyini bildirib

​Türkiyə və ABŞ prezidentlərinin görüşü üçün hazırlıqlar davam edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib.

O, Trampla ilk fürsətdə görüşəcəyini vurğulayıb.

Ərdoğan iki ölkə arasında münasibətlərin dərin köklərə malik olduğunu da qeyd edib.

“Danışacağımız mövzular və atacağımız çoxlu addım var. Bu səbəbdən nazirliklərimiz Türkiyə ilə ABŞ arasında münasibətlərin gedişatını formalaşdıracaq görüş üçün işlərini davam etdirir. Bunun vaxtı da həmin hazırlıqlar çərçivəsində müzakirə edilir. Cənab Trampla telefon diplomatiyası vasitəsilə vaxtaşırı əlaqələrimiz var. İnanıram ki, dostum Tramp və mən yeni dövrdə ikitərəfli münasibətlərimizə çox fərqli bir impuls əlavə edəcəyik”, - Türkiyə Prezidenti bildirib.



Xəbəri paylaş

72 dəfə oxunub.

Digər xəbərlər