Ordudan ilk bu şəxslər təxris ediləcək - SİYAHI
Tarix: 01-12-2020 | Saat: 15:18
Bölmə:Karusel / Gündəm | çapa göndər
394 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 01-12-2020 | Saat: 15:18
Bölmə:Karusel / Gündəm | çapa göndər
Səfərbərlik üzrə çağırışa əsasən hərbi xidmətə çağrılmış şəxslərin təxris prosesinə başlanılır.
Qarabaginfo.az-ın məlumatına görə, aşağıdakı şəxslər dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən təxris edilir:
- üç və ya daha çox uşağı olan;
- himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;
- himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;
- ailənin tək övladı olan;
- ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;
- döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;
- yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;
- mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan.
Xəbəri paylaş
Digər xəbərlər
22-11-2021, 11:42
Elin Süleymanov: “Zəngəzur dəhlizinin açılması Britaniyaya yalnız fayda gətirə bilər” - MÜSAHİBƏ
25-02-2022, 16:48
İtaliyada Xocalı soyqırımı münasibətilə “Ağrı” tamaşası nümayiş olunub
16-06-2022, 11:41
"Kimsə bizi durdura bilməyəcək!.." -Ukrayna müdafiə naziri NATO baş katibi ilə görüşdü...
23-07-2024, 22:28
Britaniya ordusunun başçısı Qərbi müharibəyə hazırlaşmağa çağırıb
5-04-2019, 10:10
Bahar Muradova Lələtəpədə
19-01-2023, 22:36
Hulusi Akar Gürcüstan Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvlərini qəbul edib - FOTO
17-09-2021, 13:56
Ermənistan Azərbaycanla Moskvada gizli sülh danışıqları aparır?
25-07-2025, 10:06
Hakan Fidan və Səlcuk Bayraktar “IDEF 2025” sərgisində “Azərsilah”ın stendini ziyarət ediblər
7-09-2023, 15:42
İrəvanın sülh müqaviləsi imzalamaq niyyəti yoxdur
21-10-2023, 11:02
HƏMAS girov ana və qızını azad etdi - Yenilənib + Fotolar

















