Tarix: 29-06-2026 | Saat: 08:06
Bölmə:Karusel / Dünya | çapa göndər
Böyük Britaniya Ədliyyə Nazirliyi 7000-dən çox cinayət qurbanına məktub göndərərək, həbsxanada həddindən artıq sıxlıq olduğu üçün onların işi üzrə məhkum edilmiş şəxslərin qarşıdakı aylarda erkən azadlığa buraxıla biləcəyi barədə xəbərdar edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
"7000-dən çox cinayət qurbanına onlara hücum edən cinayətkarların "yumşaq ədalət" tədbirləri çərçivəsində erkən azadlığa buraxıla biləcəyi barədə xəbərdarlıq edilib. Həbsxanalarda yerlərin boşaldəlması məqsədilə erkən azadlığa buraxılmalar planlaşdırılır", - məlumatda deyilir.
Qəzetin məlumatına görə, erkən azadlığa buraxılmaların ilk dalğası 2 sentyabrda başlayacaq və 18 aydan az müddətə azadlıqdan məhrum edilmiş şəxslər, ardınca isə getdikcə daha təhlükəli cinayətkarlar azadlığa buraxılacaq.
12 ildən çox müddətə azadlıqdan məhrum edilmiş şəxslərin isə 2027-ci ilin iyun ayından etibarən azadlığa buraxılması gözlənilir.
Qəzet onu da vurğulayır ki, nazirlik bu addımı həbsxanaların həddindən artıq dolu olması ilə mübarizə səylərinə istinad edərək 14000 yeni yer tikdiyini və əlavə əməkdaşları işə götürdüyünü iddia etməklə əsaslandırır.
Qeyd edək ki, yanvar ayında "The Sun" qəzeti Britaniya hakimiyyət orqanlarının ötən ilin əvvəlində həbsxanaların həddindən artıq dolu olması səbəbilə 48900 məhbusu azad etdiyini yazıb. Həbsxanalarda yerləri boşaltmaq üçün təcili proqram çərçivəsində məhbuslar cəzalarının 40%-ni çəkdikdən sonra azadlığa buraxılıblar.
Digər xəbərlər




















