Saytımızı qiymətləndirin


 
 

Azyaşlıların kəbinini kəsən mollalar CƏZALANDIRILACAQ
Tarix: 28-06-2024 | Saat: 15:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

İranın əyalət mollası Türkiyəni İsrailin yardımlarından imtinaya çağırdı - FOTO Asayis.az 

Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə edən şəxslər inzibati həbs olunacaq.

Qarabaqinfo.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 189-3-cü maddədə əksini tapıb.

Layihəyə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə –

fiziki şəxslər min manat məbləğində cərimə ediləcək.

Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər iki min manat məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.



Xəbəri paylaş

1110 dəfə oxunub.

Digər xəbərlər